• Bakı C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

İran elan etdi: Livana hücum davam edərsə...

DÜNYA

08 Aprel 2026 | 21:20

İran elan etdi: Livana hücum davam edərsə...

İranın xarici işlər naziri Abbas Arakçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, tərəflər gələcək koordinasiyanın vacibliyini vurğulayıblar.

"Tasnim" agentliyi mənbələrə istinadən xəbər verir ki, İsrail atəşkəsi pozmağa və Livana hücum etməyə davam edərsə, İran sazişdən çıxa bilər. Məlumata görə, Livandakı Hizbullah hərəkatına qarşı hərbi əməliyyatların dayandırılması sazişin bəndlərindən biri idi, buna görə də Tehran ondan çıxmaq hüququnu özündə saxlayır.

İran və ABŞ arasında iki həftəlik atəşkəs elan edildikdən sonra İsrail ordusu da İrana hücumları dayandırdığını elan etsə də, Livandakı Hizbullaha qarşı əməliyyatı davam etdirib. ÇAXAL hazırkı gərginlik başlayandan bəri Livandakı obyektlərə ən genişmiqyaslı zərbələr seriyasının endirildiyini açıqlayıb.

Eyni zamanda KİV-in məlumatına görə, İsrail amerikalılarla birlikdə İranın cənubundakı neft emalı zavoduna zərbələr endirib.


SON XƏBƏRLƏR