Avropada yay transfer pəncərəsi yaxınlaşdıqca, Madrid “Real”ının iddialı planları barədə məlumatlar yayılmağa başlayıb.
Bakıvaxtı.az Fransanın nüfuzlu “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, “Kral klubu” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandezin transferi üçün hərəkətə keçib.
Madrid təmsilçisi bu keçidi reallaşdırmaq üçün fransız ulduzu Eduardo Kamavinqadan imtina etməyə hazırdır.
Məlumata görə, “Real Madrid” Kamavinqanın transfer dəyərini təxminən 50 milyon funt-sterlinq (təxminən 58 milyon avro) olaraq qiymətləndirir və onu müqavilədə əsas mübadilə vasitəsi kimi istifadə etmək niyyətindədir.
Qeyd edək ki, “Çelsi”nin 2023-cü ildə rekord məbləğə (121 milyon avro) heyətinə qatdığı Enzo Fernandezin transferi “Real” üçün heç də asan olmayacaq. Lakin Kamavinqa amilinin bu danışıqlarda həlledici rol oynaya biləcəyi vurğulanır.
Bakı 




