• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Azərbaycan-Türkiyə təılimləri Tehranın təxribatlarına adekvat cavab oldu"

SİYASƏT

05 Dekabr 2022 | 16:37

“Azərbaycan-Türkiyə təılimləri Tehranın təxribatlarına adekvat cavab oldu"

“İran daha bir NATO ölkəsiylə qonşu oldu. Azərbaycan NATO üzvü olmağa çalışmır, Brüsselə belə bir müraciəti yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bununla yanaşı Azərbaycan NATO-nun əsas üzvlərindən biri - Türkiyə ilə strateji müttəfiqidir:

“Azərbaycan və Türkiyənin vahid ordusu formalaşırsa, bu, elə Azərbaycanın NATO-nun tərkib hissəsinə çevrilməsi deməkdir".

Ekspert qeyd edib ki, İranın Araz çayına yaxın ərazidə hərbi təlimlərdə iki məqsədi var idi: "Birinci məqsədi Azərbaycanı qorxutmaq, ikinci məqsədi rəsmi Bakını xarici siyasətdə İranın xeyrinə korrektəyə məcbur etmək idi. Tehran tam əks nəticələrlə üzləşdi”.

E.Şahinoğlu bildirib ki, Azərbaycan İranın hərbi təlimlərinə öz təlimləriylə cavab verdi:

“Azərbaycan növbəti təlimə strateji müttəfiqi Türkiyə ilə başladı, İranın erməni separatçılarıyla bütün bağları faş edildi, Tehranın təxribatlarına adekvat cavab verildi, Bakıda Güney Azərbaycan amili ön plana çıxardıldı. Görəsən, Tehran bütün bunların baş verəcəyini əvvəlcədən bilsəydi, sərhəddə hərbi təlimlər keçirib Qafanda Azərbaycan əleyhinə konsulluq açardımı? Fikrimcə, yenə edərdi, çünki Tehran rejimi Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026