• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya və Azərbaycan birgə istehsala başlayır

SİYASƏT

03 Yanvar 2023 | 19:30 | Müəllif: Subhan Mahmudov

Rusiya və Azərbaycan birgə istehsala başlayır

Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Sözügedən məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, “VNİİKR” Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.

Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026