• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İran ortaq istintaq qrupunun yaradılmasına razı olacaqmı? - AÇIQLAMA

SİYASƏT

02 Fevral 2023 | 14:45 | Müəllif: Qalib İbrahimoğlu

İran ortaq istintaq qrupunun yaradılmasına razı olacaqmı? - AÇIQLAMA

“İranın Azərbaycana qarşı törətdiyi terror aktından molla rejmi bu məsuliyyətdən müxtəlif vəchlə boyun qaçırmağa çalışır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, bu günə qədər bütün faktorlar, arqumentlər İranın bu terror aktında əlinin olduğunu göstərir:

“Ümumiyyətlə, molla rejminin hadisənin məişət zəmnində törədildiyi ilə bağlı yaydığı açıqlamalara belə baxdıqda, yenə də bundan İran tərəfi məsuliyyət daşıyır. Səfirliyin toxunulmazlığı İranın öhdəliyindədir. Vyana Konvensiyasının müddəalarına görə, diplomatik korpusların toxunulmazlığı yerləşdiyi ölkənin məsuliyyəti altındadır. Biz videolardan açıq-aşkar görürük ki, hadisə zamanı səfirlik müdafiəsiz qalır”.

Z.Qarayeva deyib ki, ümumiyyətlə, terror səbəbini məişətlə əlaqələndirmək olduqca absurddur:

“Ən azından İranın Azərbaycana qarşı yürütdüyü strateji xətt, Ermənistanla müharibə başlayandan bu yana verdiyi bəyanatlar, proseslərə müdaxilə etməsi, Ermənistana yardım göstərməsi, diversiya qruplarını Xankəndiyə göndərməsi kimi addımları post-münaqişə dövründə İranın hansı cəbhədə dayandığını açıq-aşkar göstərdi”.

Müsahibimiz bildirib ki, ümumiyyətlə, səfirliyimizə hücum anının videogörüntülərindən açıq-aşkar bəlli olur ki, hansısa psixoloji geriliyi olan bir adam o hadisəni törədə bilməzdi və ya hadisəyə məişət donu geyindirmək də absurddur:

“Təəssüflər olsun ki, İran tərəfi nəinki baş verən teraktla bağlı üzr istəmək, heç istintaq prosesinin birgə aparılmasına da mövqe göstərmir. Çünki İran bilir ki, istintaq prosesində Azərbaycan da iştirak etsə, çox məsələlər üzə çıxacaq. Məsələn, Türkiyədə Rusiya səfiri öldürülən zaman, Türkiyə tərəfinin ortaya qoyduğu mövqedən aydın olurdu ki, həqiqətən də bu cinayətin törədilməsində Ankaranın heç bir rolu yoxdur. Hətta o zaman ilk təklif elə Ankaradan gəlmişdi ki, ortaq istintaq qrupu yaradılsın. İranın bu gün ortaya qoydğy ritorika günahkar tərəfin psixoloji durumuna oxşayır. Ona görə də ortaq istintaq qrupunun yaradılmasında İran heç bir şəkildə razı olmayacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026