• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan Bəyannaməyə dönük çıxır: Səbr kasamızın son həddidir

SİYASƏT

03 Mart 2023 | 15:15 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan Bəyannaməyə dönük çıxır: Səbr kasamızın son həddidir

“Günümüzdə müharibələr hibrid haldadır. Yəni “təlim diplomatiyası”, “yumşaq güç istifadəsi” anlayışları da da müharibənin növlərindəndir. Bu o deməkdir ki, müharibə bizim ənənəvi başa düşdüyümüz kimi tankla, tüfənglə edilən savaşın xaricində, təlimlər, güc nümayişləri şəklində də icra edilə bilər”.

Bunu hərbi ekspert Yücel Karauz Bakıvaxtı.az-a Azərbaycan ordusunun təlimlərinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, böyük beynəlxalq təlimlər ən azı 2 il öncədən, lakin normal hallarda təlimlərin harda və nə vaxt ediləcəyi 1 il ərzində planlanır:

“Azərbaycan da tez-tez bu təlim diplomatiyası deyilən istiqamətdən istifadə edir. İrana qarşı edilən hərbi təlimlər hibrid müharibənin bir növü idi. Azərbaycan ordusunun xüsusilə son günlərdə Naxçıvan ərazisində təlimlər keçdiyinin şahidiyik. Bu təlimlər davamlı edilən Brüssel görüşləri, Lavrovun Bakı səfəri, Avropa və ABŞ-ın bu bölgəyə olan marağı, münaqişəni daimi vəziyyətə gətirmək çabalarından qaynaqlanır. Avropa missiyasının Ermənistan sərhədinə gəlməsi də bunun bir hissəsidir”.

Onun sözlərinə görə, bundan əlavə, bu kimi təlimlər qarşı tərəfdən gələn fikirlər, davranışlar nəticəsində də meydana gəlir:

“Bildiyiniz kimi, Ermənistan iki il əvvəl imzalanan Bəyannaməyə dönük çıxır və sülh sazişini imzalamamaq üçün məsələni çoxtərəfli hala gətirir. Avropa missiyasının sərhədə gəldiyi gün Ermənistan tərəfindən ordumuza atəş açılması da səbr kasamızın son həddi oldu”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026