• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

SİYASƏT

02 Fevral 2023 | 17:16 | Müəllif: Qalib İbrahimoğlu

Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi.

Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLARRumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026