• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ərdoğanın sözçüsü: “Azərbaycanla birlikdə TANAP üzərində işi davam etdiririk”

SİYASƏT

04 Yanvar 2023 | 00:00 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın sözçüsü: “Azərbaycanla birlikdə TANAP üzərində işi davam etdiririk”

“Türkiyə Azərbaycanla birlikdə TANAP-ı qurdu. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“TANAP-ın tutumu ikiqat artacaq. Müharibə (Rusiya-Ukrayna müharibəsi – red.) bitəndə bu infrastrukturun sərmayələri bizə qayıdacaq. Ən əsası isə Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə də Aralıq dənizində tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, - Kalın qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026