• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur" - İlham Əliyev

SİYASƏT

02 Fevral 2023 | 21:12 | Müəllif: Subhan Mahmudov

"Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur" - İlham Əliyev

"Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında deyib.

"Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var", - İlham Əliyev bildirib.

SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur: “Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026