• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İranın düşmənçiliyinin başqa nümunəsi

SİYASƏT

12 Aprel 2023 | 15:47

İranın düşmənçiliyinin başqa nümunəsi

“İranın rəsmi, dini və hərbiləşdirilmiş dairələrinə yaxın saytlarda Azərbaycan Respublikasının adının “Bakı dövləti” şəklində yazılması bizə qarşı düşmənçilyin bir başqa nümunəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, bununla iki məqsəd güddükləri aşkardır:

“Birinci məqsədləri Azərbaycan Respbulikasının varlığını inkar, ikinci məqsədləri Azərbaycan adının ancaq İrana aid olduğunu iddia etməkdir. İmkanları olsaydı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini də tanımazdılar".

Onun sözlərinə görə. reallıqla barışmalı olsalar da, dövlətimizi “Bakı dövləti” adlandırmaqla hikkələrindən əl çəkmirlər.

"Bizi də məcbur edirlər ki, “İran adlı dövlət” ifadəsini işlədək və yazaq”, - deyə Elxan Şahinoğlu vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026