“Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumu, şübhəsiz ki, həm Azərbaycanda, həm də qardaş ölkədə geniş mətbuat diqqəti ilə izlənən və qısa zamanda regional miqyasda əhəmiyyətli hadisəyə çevrilən bir tədbir oldu”.
Bunu politoloq Kazım Kazımov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, çıxışlara nəzər saldıqda aydın görünür ki, Azərbaycanda analitik düşüncə tərzi, məlumatlara əsaslanan qərarvermə prosesi və data mərkəzli siyasət getdikcə daha da güclənir:

Kazım Kazımov: Şuşa Forumu Azərbaycanda artan analitik düşüncəni bir daha göstərdi
"Bu institutların fəaliyyəti ölkədə analitik potensialın mərkəzləşdirilməsinə, dövlət siyasətinin elm və ekspertiza üzərində qurulmasına, eləcə də institusional səviyyədə dayanıqlı idarəetmə modelinin formalaşmasına mühüm töhfə verir".
Ekspert deyib ki, Forum çərçivəsində təkcə mövcud vəziyyətin təhlili deyil, həm də qarşıdakı mərhələdə Azərbaycanın diplomatik xəttinin əsas istiqamətləri nümayiş etdirilib.
Müsahibimizin dediyinə görə, Şuşa forumu bir daha göstərdi ki, Azərbaycanın analitik mühiti güclənir, beyin mərkəzlərinin rolu artır və dövlət siyasətində professional ekspertiza xüsusi yer tutur. Bu prosesdə ölkənin beynəlxalq nüfuzu və diplomatik mövqeləri daha da güclənir.
Zeynəb Rzayeva
Bakı 



