• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

60 ildən sonra Moskva Krasnodara dönəcək

DÜNYA

09 Iyul 2024 | 19:32 | Müəllif: Subhan Mahmudov

60 ildən sonra Moskva Krasnodara dönəcək

60 ildən sonra Moskvanın iqlimi indi Krasnodar üçün xarakterik olan iqlimə bənzəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu nəticəyə Merilend Universitetindən amerikalı ekoloq Metyu Fitzpatrik gəlib və o, 2080-ci ilə qədər onların hava şəraitini təsvir edən 40 min yaşayış məntəqəsinin xəritəsini tərtib edib.

Ekspertin fikrincə, qlobal istiləşmə ilə əlaqədar Rusiya paytaxtında o vaxta qədər yaylar indikindən 6,2 dərəcə isti və 3,2 faiz quru, qışlar isə 7,2 dərəcə isti və 25,9 faiz çox rütubətli keçəcək.

Fitzpatrik qeyd edib ki, oxşar vəziyyət Şimal yarımkürəsinin digər şəhərlərində də müşahidə olunacaq. Beləliklə, Murmansk hava baxımından müasir Sankt-Peterburqa bənzəyəcək. Bundan əlavə, ekstremal təbiət hadisələrinin - qasırğalar, çovğunlar, tornadoların baş vermə ehtimalı artacaq.

Ekoloq qeyd edib ki, ən pis vəziyyət hazırda dünya əhalisinin təxminən 40 faizinin, yəni 3,3 milyarddan çox insanın yaşadığı ekvatorda yerləşən regionlarda olacaq. Onların hamısı indikindən daha ekstremal iqlimlə üzləşəcək./Bakuvs


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026