• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu ölkədə hökumət işçilərinə gündə 5 dəfə məscidə getmək məcburi olacaq

DÜNYA

08 Avqust 2024 | 18:50 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə hökumət işçilərinə gündə 5 dəfə məscidə getmək məcburi olacaq

Əfqanıstan hökumətinin işçiləri gündə beş dəfə məscidə getməlidir, əks halda cəzalandırılacaqlar.

Bakıvaxtı.az bildirir ki, bu barədə Talibanın ali lideri Hibatullah Axundzadə İslamın təfsirini tətbiq edən son fərmanında bildirib.

Axundzadənin imzaladığı qərarda deyilir: "(Taliban hökumətinin) nazirlik və qurumlarının məsul şəxsləri şəriət tərəfindən müəyyən olunmuş vaxtlarda camaatla namaz qılmağa məcburdurlar".
Bildirilib ki, "üzrlü səbəb olmadan" namazı buraxan işçilərə xəbərdarlıq ediməli, qanun pozuntusuna təkrara yol verərsə, "müvafiq vəzifəli şəxs onu layiqincə cəzalandırmağa borcludur".

Taliban hökumətinin sözçüsü AFP-nin cəzanın nədən ibarət olacağı ilə bağlı sorğusuna cavab verməyib.

İşçilərin qeyri-iş saatlarında namaz qılmağına polis tərəfindən necə nəzarət ediləcəyi açıqlanmayıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026