• Bakı 26° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.878

    RUB - 0.0187

Türkiyədə "Roblox" qadağan olundu

DÜNYA

08 Avqust 2024 | 17:24

Türkiyədə Roblox qadağan olundu

Türkiyədə kompüter, mobil telefon və oyun konsollarında oynanıla bilən "Roblox"un qadağan olunması beynəlxalq aləmdə gündəmə çevrilib.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, 2006-cı ildə çıxan oyun əvvəlki illərdə də bəzi ölkələrdə qadağan edilmişdi. 

Həmin ölkələri təqdim edirik:

ÇİN

Qərb əsaslı sosial media tətbiqlərini qadağan edən və özünün inkişaf etdirdiyi ekvivalentlərindən istifadə edən Çin anti-kommunist təbliğat apardığı səbəbi ilə "Roblox"u qadağan edib.

ŞİMALİ KOREYA

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyada internetə və oyunlara daxil olmaq mümkün olmadığı üçün "Roblox" birbaşa qadağan edilməsə də, istifadə edilə bilməz.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ

Birləşmiş Ərəb Əmirlikləri 2018-ci ildə uşaqlar üçün zərərli məzmuna görə "Roblox"u qadağan edib. Oyuna qoyulan qadağa 2023-cü ildə götürülüb.

İORDANİYA

"Roblox" təhqiredici dil və şiddət səbəbi ilə  İordaniyada qadağan edilib. 

OMAN

Oman da "Roblox"u qadağan edib. Hökuməti "Roblox"un uşaqlar üçün uyğun olmayan məzmuna malik olduğunu bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

11 Sentyabr 2024