• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

73 yaşlı həkim VƏFAT ETDİ

CƏMİYYƏT

01 Noyabr 2024 | 11:55

73 yaşlı həkim VƏFAT ETDİ

Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Güloğlan Abbasov oktyabr 31-də vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a Lerik rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd edək ki, Güloğlan Abbasov 1951-ci ildə Lerik rayonu Şinəband kəndində anadan olub. 1970-1977-ci illər ərzində  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsində təhsil alıb.

1977-1978-ci illər ərzində  Bakı şəhəri Qaradağ rayonu Tibb səhiyyə hissəsində  terapiya üzrə internatura keçib.

1978-1987-ci illər ərzində Lerik rayonu Nurəvud kənd xəstəxanasında terapevt, 1987-1991-ci illər ərzində Lerik rayonu Nurəvud kənd xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.

1991- ildən Lerik Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində oftalmoloq vəzifəsində çalışıb.


73 yaşlı həkim VƏFAT ETDİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026