• Bakı 26° C

    12.62 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

ABŞ bəzi aktivlərini İrana qaytara bilər

DÜNYA

21 Iyun 2026 | 09:34

ABŞ bəzi aktivlərini İrana qaytara bilər

Vaşinqton administrasiyası ümid edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək. Bunun müqabilində ABŞ əvvəllər dondurulmuş aktivlərin bir hissəsini Tehrana verməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr mənbələrinə istinadən bildirir ki, Birləşmiş Ştatlar İranın BMT müfəttişlərini danışıqların birinci mərhələsindən sonra ABŞ və İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini istəyir. ABŞ bunun müqabilində İrana Qətərdəki 6 milyard dollar həcmində dondurulmuş vəsaitinin bir hissəsini əldə etmək imkanı verməyə hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026