• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-da atəşfəşanlıqda atışma: 8 yaralı

DÜNYA

06 Iyul 2022 | 00:31 | Müəllif: Subhan Mahmudov

ABŞ-da atəşfəşanlıqda atışma: 8 yaralı

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Müstəqillik Günü münasibətilə atəşfəşanlıq zamanı baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hələlik heç bir şübhəli saxlanılmayıb. Polis şübhəlinin axtarışlarını davam etdirir.

Xatırladaq ki, ABŞ-ın Müstəqillik Günü paradı zamanı İllinoys ştatının Haylend Parkında atışma nəticəsində 6 nəfər həlak olub. 26 nəfər xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hadisə yerindən qaça bilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026