ABŞ-ın İndiana ştatının Evansvill şəhərinin Willemette ərazisində partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.
Evansville Yanğınsöndürmə İdarəsinin rəisi Mayk Konelli partlayış nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb. Ümumilikdə 39 evin zərər gördüyünü qeyd edən Konnelli, onlardan ən azı 11-nin yararsız hala düşdüyünü bildirib.
Konnelly “Başqa itkilər də ola bilər, axtarışlarımızı tamamlamamışıq. Hələlik evlərə girmək təhlükəlidir” deyib.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Aytac Aslan


















