• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

ABŞ-dən Səudiyyə Ərəbistanına: "Normallaşma yoxdursa, silah yoxdur"

SİYASƏT

06 May 2024 | 10:07

ABŞ-dən Səudiyyə Ərəbistanına: Normallaşma yoxdursa, silah yoxdur

"Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlər yaxşılaşmasa, Vaşinqton Ər-Riyadla müdafiə razılaşmasını qəbul etməyəcək".

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bunu ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, İsrailin Qəzza zolağına etdiyi hücumlar Körfəz ölkələri ilə münasibətlərinin yaxşılaşmasına mane törədir. Təl-Əvivin ən böyük dəstəkçisi ABŞ bu vəziyyəti dəyişmək üçün əlindəki bütün kartlardan istifadə edir:

"ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli güzəştin şərti İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma və İsrailin Fələstin xalqına qarşı müvafiq addımları atmasıdır. Bir parçanı digərindən ayırmaq olmaz. Bu, İsrail administrasiyasının səlahiyyətindədir". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024