"İsrail Rəfahı işğal edərsə, problem həll olunmayacaq".
Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, bunu Nümayəndələr Palatasında büdcə iclasında çıxışı zamanı ABŞ dövlət katibi Anoni Blinken deyib.
O, İsraili etibarlı plan olmadan Rəfaha böyük hücuma keçməkdən yayınmağa çağırıb.
"Bölgədə 1,5 milyona yaxın fələstinli mülki vətəndaş var. İsrailin Qəzzanı işğal etməsi ciddi nəticələrə səbəb ola bilər. İsrail HƏMAS-ın qalan üzvlərini məhv etmək üçün bütünlüklə Rəfaha girərsə, problem həll olunmayacaq. Əksinə hücumdan sonra minlərlə silahlı Həmas üzvü yenə meydana çıxacaq". - deyə Blinken qeyd edib.
Gülşən Şərif















