AFFA Azərbaycan Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki bu barədə qərar qurumun İntizam Komitəsinin növbəti iclasında qəbul olunub.
Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt təmsilçisi 700 manat cərimələnib.
Sentyabrın 28-də baş tutan "Neftçi" - "Sumqayıt" görüşündə 6 futbolçusu sarı vərəqə cəzası aldığından Sumqayıt komandası 700 manat cərimələnib. Eyni məbləğdə cərimə "Şamaxı" və "Turan Tovuz"a da şamil edilib. Buna səbəb sentyabrın 29-da Şamaxıda sözügedən komandalar arasında keçirilən görüşdə meydan sahiblərinin 4, Tovuz təmsilçisinin isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması olub.