• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

AFFA hakimi təhqir edən baş məşqçinin cəzasını ARTIRDI

İDMAN

04 Fevral 2022 | 19:36 | Müəllif: Subhan Mahmudov

AFFA hakimi təhqir edən baş məşqçinin cəzasını ARTIRDI

AFFA İntizam Komitəsi (İK) U-15 liqasında çıxış edən İFA komandasına texniki məğlubiyyət verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, buna komandanın diskvalifikasiya olunmuş futbolçusu Orxan Bayramovun "Zirə" ilə matçda start heyətdə meydana çıxması səbəb olub.

Bundan əlavə, İK "Neftçi" İK İB komandasının baş məşqçisi Şahin Şahüseynlinin cəzasını daha 6 oyun artırıb. Mütəxəssis 70-ci dəqiqədə cəzalı olduğu halda texniki zonaya daxil olaraq hakimləri təhqir edib.

Şahüseynli əvvəlki turda "Zirə" ilə qarşılaşmada hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026