Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bildirilib ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.
Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıb.
Mina Mikayılova