• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ağlayaraq istefa verdi - VİDEO

DÜNYA

10 Iyun 2024 | 12:56

Ağlayaraq istefa verdi - VİDEO

Belçikanın Baş naziri Aleksander De Kroo istefa verib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, De Kroo “Open VLD” partiyasının ölkəsində milli parlament seçkilərində və Avropa Parlamentinə keçirilən seçkilərdə məğlub olmasından sonra bu qərara gəlib. 

“Biz bu seçkilərdə məğlub olduq. Mən bu kampaniyanın üzü idim. Bu bizim ümid etdiyimiz nəticə olmadı. Bütün məsuliyyəti üzərimə götürürəm”, - deyə o bildirib.

Qeyd edək ki, “Open VLD” partiyası seçkilərdə 7 faizdən az səs toplayaraq ultra solçulardan əhəmiyyətli dərəcədə geri qalıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR