• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Təyyarə qəzaya uğradı : 3 ölü

DÜNYA

10 Iyul 2024 | 12:32

Təyyarə qəzaya uğradı : 3 ölü

Tatarıstanda qəzaya uğrayan Cessna-17 ekskursiya təyyarəsinin sərnişinlərinin eyni ailənin üzvləri olduğu üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu “Shot” “Telegram” kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarədə üç sərnişin - bir kişi, onun həyat yoldaşı və qızı olub.

Bildirilib ki, Kişi sağ qalsa da, arvadı və uşağını xilas etmək mümkün olmayıb.

Bundan başqa, təyyarənin komandirinin də qəza nəticəsində həlak olduğu qeyd olunub.

11:32

***

Tatarıstanda təyyarə qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Region116 Kazan” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, qəza Tatarıstanın Kama Ustye şəhərində baş verib.

Belə ki, istirahət təyyarəsi düşərgə yaxınlığında qəzaya uğrayıb və alovlanıb.

Bildirilib ki, hadisə şahidləri sümükləri sınıq olan kişini kabinədən çıxarıblar və o, xəstəxanaya yerləşdirilib.

İçəridə başqa birinin olub-olmadığı barədə məlumatın olmadığı qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2024