• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Fransada hicablı çimərlik geyimləri qadağan olunub

DÜNYA

09 Avqust 2024 | 12:08

Fransada hicablı çimərlik geyimləri qadağan olunub

Fransanın Aralıq dənizində yerləşən Korsika adasında Lecci Bələdiyyəsi hicablı çimərlik geyimlərini qadağan edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Lecci Bələdiyyə Başçısı Don Georges Gianni   bu qərarla şəhərdəki çimərliklərdə hicablı çimərlik paltarı geyinməyi qadağan edib. 

Qərarda dünyəviliyə hörmət prinsipinə uyğun olaraq, uyğun geyim geyinməyənlərin sentyabrın 30-dək çimərliklərə girişinin qadağan edildiyi bildirilib və dini geyimlərin münaqişəyə səbəb ola biləcəyi iddia edilib. 

"Dini mənsubiyyəti göstərən çimərlik geyimləri ictimai asayişin pozulması (izdiham, döyüşlər) riski daşıya bilər və bu risklərin qarşısı alınmalıdır", - qərarda qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR