Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynanın Rusiya ərazisinə hücum cəhdinin qarşısının alındığını və 75 PUA-nın məhv edildiyini bildirib.
Bakıvaxtı.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanata yayıb.
Bəyanatda Kiyev administrasiyasının bu gecə Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi qeyd edilib.
Bildirilib ki, hücumların qarşısı alınıb.
Həmçinin, Belqorod vilayətində 26, Lipetsk vilayətində 19, Kursk vilayətində 7, Bryansk vilayətində 5, Voronej vilayətində 4, Orlov vilayətində 1, Krım və Qara dəniz üzərində isə 13 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi açıqlanıb.
Əli Hüseynov