Sudanın müxtəlif əyalətlərində iyun ayından bəri yağan güclü yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 77-yə yüksəlib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sudan Qızıl Aypara Cəmiyyəti son 3 gündə Nil çayı əyalətində baş verən daşqınlarda 34 nəfərin öldüyünü, 588 nəfərin yaralandığını, 24 min 104 evin tamamilə, 8 min 16 evin isə qismən dağıldığını bildirib.
Qeyd edilib ki, iyun ayından bəri ölkədə həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 77-yə çatıb.
Əli Hüseynov