• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

NATO 650-dən çox F-35 qırıcısı istehsal edəcək

DÜNYA

10 Iyul 2024 | 12:45

NATO 650-dən çox F-35 qırıcısı istehsal edəcək

"NATO qırıcı təyyarələrlə yanaşı, 1000-dən çox hava hücumundan müdafiə sistemi, 50-yə yaxın döyüş gəmisi və sualtı qayıq, 1200 tank, 11300 döyüş maşını və 2000-ə yaxın artilleriya sistemi istehsal etmək niyyətindədir".

Bakıvaxtı.az "The New York Times"a istinadən xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib.

Onn sözlərinə görə, Şimali Atlantika Alyansı qarşıdak 5 il ərzində 650-dən çox F-35 qırıcısı istehsal etməyi planlaşdırır:

"Bu il alyansın 32 üzvündən 23-nün ÜDM-in 2 faizi olan müdafiə xərclərinin hədəfinə çatması və ya keçəcəyi gözlənilir.  2024-cü ildə Kanada və 30 Avropa ölkəsi müdafiəyə təxminən 506,7 milyard dollar xərcləyəcək.  Bu isə 2020-ci ildən 181 milyard dollar çoxdur". 

Gülşən Şərif


SON XƏBƏRLƏR