• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Stoltenberq: "Ukrayna fövqəladə cəsarət göstərdi"

DÜNYA

10 Iyul 2024 | 11:27

Stoltenberq: Ukrayna fövqəladə cəsarət göstərdi

"Rusiyanın Ukraynadakı müharibəsi nəsillər boyu müşahidə edilən ən böyük təhlükəsizlik böhranıdır".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu NATO-nun 75-ci ildönümü münasibətilə Vaşinqtonda "Andrew W. Mellon Auditorium"da təşkil edilən görüşdə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO Ukraynaya yüksək səviyyədə dəstək verib. Lakin bu dəstək müəyyən risklər daşıyır:

"Rusiya kimi aqressiv qonşunuz varsa, müharibədə pulsuz seçimlər yoxdur. Ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaq. Bu, İran, Şimali Koreya və Çindəki avtoritar liderləri də həvəsləndirə bilər. Çünki onlar Rusiyanın amansız siyasətini dəstəkləyirlər". 

NATO-nun baş katibi hesab edir ki, gələcək onilliklər üçün qlobal təhlükəsizliyi formalaşdırmaq üçün azadlıq və demokratiya üçün ayağa qalxmağın vaxtıdır. Bu yer isə Ukraynadır.

Gülşən Şərif


SON XƏBƏRLƏR