• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Ağstafada “reket jurnalistlər” tutuldu

CƏMİYYƏT

02 Aprel 2021 | 12:48

Ağstafada “reket jurnalistlər” tutuldu

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri - Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvatxı.az-a verilən məlumata görə, həmin şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F.Quliyev həmyerlisi V.Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.

Davam etdirilən araşdırmalar nəticəsində V.Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026