• Bakı 7° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Aİ İsrailə dəstək oldu

DÜNYA

07 Oktyabr 2023 | 15:30 | Müəllif: Subhan Mahmudov

Aİ İsrailə dəstək oldu

"Avropa İttifaqı (Aİ) HƏMAS-ın hərbi qanadının hücumu ilə əlaqədar İsraillə həmrəy olduğunu bəyan edir".

Bakıvaxtı.az xəbər verir ki, orrel "X" sosial şəbəkəsində yazıb.

"İsraillə bağlı xəbərlər bizi kədərləndirib. Biz birmənalı olaraq HƏMAS-ın hücumlarını pisləyirik. Bu dəhşətli zorakılıq dərhal dayandırılmalıdır. Terror və qəddarlıq heç nəyi həll etmir. Aİ bu çətin anlarda İsraillə həmrəyliyini ifadə edir", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026