• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Almaniya Türkiyəyə "Eurofighters" satışını əngəlləyir

DÜNYA

04 Dekabr 2023 | 19:05

Almaniya Türkiyəyə Eurofighters satışını əngəlləyir

Almaniya Ankaranın Şərqi Aralıq dənizində təbii qaz qazma fəaliyyətləri ilə bağlı narahatlıqlarını əsas gətirərək, "Eurofighter"lərin Türkiyəyə satışını əngəlləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet Daily News” portalı Berlindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Almaniya daha əvvəl də Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarını tənqid edib, Türkiyənin sərəncamında olan “Leopard” tanklarının modernləşdirilməsini və tankların satışını dayandırıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​noyabrın ortalarında parlamentdə hərbi büdcə ilə bağlı keçirilən dinləmələrdə Amerikanın F-35-ləri əvəzinə Avropadan 40 Eurofighter Typhoon qırıcısı almağı planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, Ankara artıq bu məsələ ilə bağlı London və Madriddən razılıq alıb.

Media xəbər verir ki, Britaniya Türkiyəyə Almaniyanı ona Eurofighter qırıcıları satmağa razı salmağa kömək edəcəyinə söz verib.


SON XƏBƏRLƏR

26 Iyul 2024