“Ana südü verən ana pəhriz saxlamamalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova nazirliyin canlısında deyib.
Onun sözlərinə görə, yenidoğulanlarda mədə-bağırsaq traktatı tam inkişaf etmədiyi üçün ana 1-2 ay rasionuna diqqət edə bilər.
“Bu müddətdə analar kofein tipli içkilərdən, fast foodlardan uzaq durmalıdırlar”, - deyə R.Nemətova qeyd edib.
Mina Mikayılova