• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İyulda ən çox sərnişin daşıyan stansiya bəlli olub

CƏMİYYƏT

09 Avqust 2024 | 14:28

İyulda ən çox sərnişin daşıyan stansiya bəlli olub

Cari ilin iyul ayı ərzində “Bakı Metropoliteni” QSC 16 milyon 908 min 149, o cümlədən 534 min 946 güzəştli sərnişin daşıyıb.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, orta statistik hesabla gün ərzində Bakı metrosundan 545 min 424 sərnişin istifadə edib. Ən çox sərnişin iyulun 1-də (674 min 66), ən az isə ayın 28-də (348 min 658) metropolitenə daxil olub.

Ən çox sərnişin daşıyan stansiya “Koroğlu”dur. İyul ayı üzrə bütün sərnişinlərin 9,4 faizi məhz bu stansiyadan daxil olub. Ötən ay “20 Yanvar” stansiyası “28 May” stansiyasından daha çox - 7,9 faiz sərnişin daşımaqla ikinci yerdə qərarlaşıb. “28 May” sərnişin sayına görə, ayın üçüncü stansiyası olub – 7,5 faiz.

Ümumiyyətlə, iyul ayı ərzində bütün metro sərnişinlərinin 44 faizi cəmi 6 stansiyadan istifadə edib. Qeyd edilən 3 stansiyanın ardınca sərnişindaşıma sayına görə “Nərimanov” (7 faiz), “Gənclik” (6,3 faiz) və “Neftçilər” (5,9 faiz) gəlir.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024