• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Əhaliyə xəbərdarlıq - Avqustun 9-dan başlayaraq...

CƏMİYYƏT

09 Avqust 2024 | 13:30

Əhaliyə xəbərdarlıq - Avqustun 9-dan başlayaraq...

Günəşdə bir anda bir neçə alışma aşkar edilib və bu səbəbdən avqustun 9 və 10-da planetimizdə maqnit qasırğası gözlənilir.

Bakıvaxtı.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "The Watchers" məlumat yayıb.

Bildirilib ki, 8 avqust 2024-cü il tarixində geniş və uzunmüddətli alışma baş verib. Alov zamanı tac kütləsinin atılması da qeydə alınıb.

Son 24 saat ərzində daha bir neçə tac kütləsinin atılması müşahidə olunub. Proqnozlara görə, avqustun 9-u gecə - avqustun 10-u gündüz saatlarında Yer kürəsində mülayim maqnit qasırğası gözlənilir.

Həmçinin Günəşdəki iki tac dəliyinin tezliklə Yerə doğru dönəcəyi və bunun da maqnit qasırğasını gücləndirə biləcəyi bildirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026