Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya yollanır.
Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Mirzoyan Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və digər dövlət rəsmilərilə görüşlər keçirəcək.
Mirzoyanın Fransada 5-ci Dünya Paris Forumunda da iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, forum noyabrın 11-12-də Parisdə baş tutacaq.
Səbuhi Elnur
















