• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Astarada 33 yaşlı kişi güllələndi - Atası şübhəli bilinir

HADİSƏ

20 Oktyabr 2024 | 21:35 | Müəllif: Subhan Mahmudov

Astarada 33 yaşlı kişi güllələndi - Atası şübhəli bilinir

Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Sığaloni kəndində qeydə alınıb.

Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.

T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.

Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026