Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (14.01.22, saat 17:00).
Bu barədə Bakıvaxtı.az-a Agentlikdən bildirilib.
1 “ZƏFƏR” yolu - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
2 Toğanalı-Kəlbəcər-İstisu - Yağıntı yoxdur, şaxta 5-10 dərəcə təşkil edir. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
3 Bakı - Quba - Siyəzən və Şabran rayonları ərazisində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 1-2 şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.
4 Giləzi - Xızı - Xızı rayonu ərazisində yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Bakı - Qobustan - Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.
6 Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.
7 Muğanlı - Ağsu - Yevlax - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
8 Muğanlı - İsmayıllı - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki - Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
10 Şəki - Qax - Zaqatala - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
11 Yevlax - Şəki (Göybulaq) - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
12 Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
13 Gəncə - Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
14 Ələt - Astara - Marşrut boyu yağıntı yoxdur, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
15 Masallı – Yardımlı - Yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda hərəkət təmin olunub.
16 Lənkəran – Lerik - Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində yağıntı yoxdur. 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17 Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
18 Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
***
11:15
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (14.01.22, saat 10:00).
Bu barədə Bakıvaxtı.az-a Agentlikdən bildirilib.
“ZƏFƏR” yolu - Xocavənd (Tuğ kəndi): - Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.
Toğanalı-Kəlbəcər-İstisu: yolun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5 şaxta var. Xınalıq yolunda zəif qar yağır, 10-11 dərəcə şaxta var. Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunub.
Giləzi - Xızı - Xızı rayonu ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Qobustan -Yolun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.
Qobustan - Şamaxı – Muğanlı: güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı - Ağsu – Yevlax: yolun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı – İsmayıllı: güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki: yolun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.
Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy: səhər saatlarında 5-6 sm qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən – Xoşbulaq: Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi: marşrut boyu yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı: Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı - Ələt – Hacıqabul: yolun Bakı-Hacıqabul hissəsinə qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Ucar – Yevlax: yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Aytac Aslan
















