• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtosalonda meyit TAPILDI

HADİSƏ

01 Avqust 2022 | 19:10

Avtosalonda meyit TAPILDI

Sumqayıtda avtosalonların birində maşında meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisində avtomobil satışı ilə məşğul olan obyektlərin birində qeydə alınıb. Belə ki, “Lada Priora” markalı avtomobildə kişi meyiti aşkarlanıb. Meyitə baxış zaman onun 1971-ci il təvəllüdlü Məmmədov Dadaş Hacı oğlu olduğu müəyyən edilib. Məlumata görə, 51 yaşlı D. Məmmədov həmin salonda gözətçi işləyirmiş. Araşdırma zamanı onun bir neçə gün öncə öldüyü məlum olub.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026