• Bakı 22° C

    2.02 m/s

Azərbaycan – Belçika oyununa nə qədər bilet satılıb?

İDMAN

07 Sentyabr 2023 | 17:43

Azərbaycan – Belçika oyununa nə qədər bilet satılıb?

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyununa 4447 bilet satılıb.

Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

“Dalğa Arena”da baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir. Qiymətlər ikinci kateqoriyaya 5, birinci kateqoriyaya 10, VIP-ə isə 50 manat təşkil edir. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026