• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Bu kredit ittifaqlarına icrası məcburi göstəriş verilib

CƏMİYYƏT

23 Yanvar 2025 | 17:08

Bu kredit ittifaqlarına icrası məcburi göstəriş verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit İttifaqı", "Total Finans Kredit İttifaqı" və "Stimul Kredit İttifaqı" MMC-lərə icrası məcburi göstəriş verib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, “Stimul” Kredit İttifaqı MMC , “Finans Kredit İttifaqı” MMC-yə və “Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməyib, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.


SON XƏBƏRLƏR