• Bakı 17° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

İDMAN

27 Oktyabr 2025 | 15:49

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb.

Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın minimal hesablı qələbəsi ilə bitib. Qarşılaşmada yeganə qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk matçda da Azərbaycan millisi qalib gəlmişdi. Həmin qarşılaşma 2:1 hesabı ilə başa çatmışdı.


SON XƏBƏRLƏR