• Bakı 23° C

    5.38 m/s

Azərbaycan Prezidenti tunisli həmkarını təbrik etdi

SİYASƏT

19 Mart 2022 | 14:11 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Prezidenti tunisli həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026