Azərbaycan və Serbiyanın Müdafiə nazirlikləri arasında "2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı" imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" çərçivəsində baş tutub.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.
Bakı 




