• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan və ABŞ Orta Dəhlizlə bağlı əməkdaşlığı müzakirə etdi - FOTO

SİYASƏT

10 Sentyabr 2025 | 19:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və ABŞ Orta Dəhlizlə bağlı əməkdaşlığı müzakirə etdi - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib.

Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələrimiz arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Azərbaycan və ABŞ Orta Dəhlizlə bağlı əməkdaşlığı müzakirə etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR