• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda 188 kiloqrama yaxın narkotik aşkarlandı

CƏMİYYƏT

22 May 2023 | 10:54

Azərbaycanda 188 kiloqrama yaxın narkotik aşkarlandı

Polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026