“Məşğulluq sahəsilə bağlı qarşıda duran çağrışlara cavab vermək üçün Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdşalıq edirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnsan Resursları Zirvəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
O qeyd edib ki, təhsil, məşğulluq və iqtisadiyyat sahəsində əməkdaşlıq güclənməlidir və tədbirlər sərtləşdirilməlidir.
“İnformasiya texnologiyaların inkişafı bəzi peşə sahələrinin məşğulluğuna təsir edir. Əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı işçi qüvvəsi artmalıdır”, - deyə nazir bildirib.
Ramid İbrahimov









jpg-1689918740.webp)






