• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Natəvanın ölümündən bir saat əvvəl dediyi söz…

CƏMİYYƏT

20 Iyul 2023 | 22:03 | Müəllif: Subhan Mahmudov

Natəvanın ölümündən bir saat əvvəl dediyi söz…

Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı, ay müəllim?”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mir Şahin Ağayev tanınmış jurnalist Natəvan Babayevanın ölümü haqda qeyd edib. 

“Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən Bacımız! 

Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”, - Mir Şahin bildirib.

Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Natəvan Babayeva bu gün dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026