• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qadınların pensiyaları artırılacaq? - AÇIQLAMA

CƏMİYYƏT

21 Iyun 2023 | 10:51 | Müəllif: Qalib İbrahimoğlu

Qadınların pensiyaları artırılacaq? - AÇIQLAMA

Uzun müddətdir gündəmdən düşməyən mövzulardan biri də qadınlarda pensiya yaşının azaldılmasıdır. Ölkədə işsiz vətəndaşların çox hissəsinin qadınlar olduğunu nəzərə alsaq, zaman-zaman onların pensiya yaşının azaldılması təklif olunur.

Millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, pensiya yaşının azaldılması son zamanlar müzakirə edilən məsələlərdəndirr: “Biz də bununla bağlı Milli Məclisin iclaslarında təkliflər səsləndiririk. Mən də əmək və sosial siyasət komitəsinin iclasında qadınların pensiya yaşının 65-dən 63-ə endirilməsi ilə bağlı təklif vermişdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişdim ki, bunun maliyyə yükünün hesablanması məqsədəuyğun olardı”.

Deputat hesab edir ki, maliyyə yükü hesablanmaqla qadınların pensiya yaşının 63-ə endirilməsi daha məqsədəuyğun olar. Onun sözlərinə görə, nəticə etibarı ilə qadınlar sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımızdır.

V.Bayramov qeyd edib ki, qadınların pensiya yaşının 65-dən 63-ə azaldılması ilə yanaşı təkliflər həm də ondan ibarətdir ki, qadınların pensiya kapitalı əmsala vurularaq artırılsın: “Ötən plenar iclasdakı çıxışımda da bu mexanizmin Azərbaycana tədbiqini təklif etdim. Düşünürəm ki, pensiya yaşının 63-ə endirilməsi, pensiya kapitalının hesablanması zamanı əmsallardan istifadə olunması nəticə etibarilə qadın vətəndaşlarımızın 60 yaşdan sonra sosial təminatının daha da gücləndirilməsinə gətirib çıxara bilər”.

Müsahibimiz rəsmi statistikaya əsalanaraq bildirib ki, ölkədə kişilər qadınlardan 54.0 faiz çox maaş alır. Azərbaycanda iqtisadi fəal (məşğul və işsiz) əhalinin sayı 5 milyon 304 min nəfər olub. Bunun 2 milyon 714 min nəfərini qadınlar, 2 milyon 591 min nəfərini kişilər təşkil edib.

"Qadınlar arasında işsizlik 7%, kişilər arasında 4.9%-dir. Qeyri-fəal əhalinin böyük əksəriyyətini qadınlar təşkil edir- 66.0 faiz” deyən millət vəkili bildirib ki, əmək haqqı arasındakı fərqlər qadınların kişilərə nisbətən daha az pensiya almasına səbəb olur.

Deputat onu da bildirib ki, bır sıra ölkələrdə qadınların pensiya yaşı tamam olan zaman onların pensiya kapitalı xüsusi əmsala (kofisentə) vurularaq artırılır. Nəticədə, pensiyaya çıxan qadınların aldığı pensiya məbləği avtomatik olaraq artırılır.

“Bu baxımdan, təklif edirəm ki, oxşar təcrübədən Azərbaycanda da istifadə olunsun. Qadınların pensiya kapitalı xüsusi əmsala vurularaq artırılsın.

Məsələn, əgər pensiya yaşı tamam olan qadın vətəndaşımızın pensiya kapitalı 30 min manatdırsa, o zaman 1.5 əmsalına vurularaq 45 min manata çatdırıla bilər. Bu da qadın pensiyaçıların daha çox pensiya almasına və pensiya yaşı tamam olan qadın vətəndaşlarımızın sosial təminatının daha da güclənməsinə imkan yaradar", - deyə Vüqar Bayramov vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026